Cənub bölgəsində sentyabrın 12-si gündüzdən 14-ü gündüzədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Cenublu.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir ki, sarı xəbərdarlıq Biləsuvar və Cəlilabadda fasilələrlə əsəcək şərq küləyi ilə əlaqədar verilib. Belə ki, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.