Lənkəran və Masallı rayonlarında iməciliklər həyata keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 avqust tarixində verir.
Təmizlik Marafonu çərçivəsində təmizlik aksiyaları 17 avqust tarixində Lənkəran rayonunun Osaküçə və Masallı rayonunun Yeyənkənd kəndlərinin meşə ərazilərində baş tutacaq.
Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən marafona hər kəs dəvətlidir.