Lənkəran və Cəlilabad rayonlarının meşə ərazilərində iməciliklər keçirilib.
Cenublu.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, təmizlik aksiyasında nazirliyin yerli qurumları, yerli icra hakimiyyət orqanlarının nümayəndələri və rayon sakinləri iştirak ediblər.
“Təmiz ölkəm” devizi altında Təmizlik Marafonu çərçivəsində keçirilən aksiyanın məqsədi ekosistemin sağlamlığının təmin edilməsi və ictimaiyyətin bu məsələyə diqqətinin artırılması.