Masallı və Astara rayonlarında “Təmiz ölkəm” devizi altında təmizlik işləri aparılıb.
Cenublu.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Masallı və Astara rayonlarının meşə ərazilərində iməciliklər keçirilib.
Təmizlik Marafonu çərçivəsində keçirilən iməciliklərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları, yerli kommunal müəssisə kombinatlarının nümayəndələri və rayon sakinləri iştirak ediblər.