Vəfat edən Xalq artisti Şahlar Quliyev dəfn olunub.
Cenublu.az xəbər verir ki, onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət dostları və yaxınları, eləcə də incəsənət xadimləri iştirak ediblər.
[URIS id=68594]
***
Azərbaycan Respublikasının Xalq artisti Şahlar Quliyev vəfat edib.
Cenublu.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti (1975-2016), səhnəmizin əvəz olunmaz bariton ifaçısı Şahlar Quliyev bu gün dünyasını dəyişib.
Qeyd edək ki, o, 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda dünyaya gəlib.