Bu gün Cəlilabaddan olan şəhid Həbibi Füzulinin doğum günüdür.
Həbibi Füzuli Nizami oğlu 1995-ci ildə martın 8-i Cəlilabad şəhərində anadan olub.
Vətən müharibəsi başlayanda Füzuli könüllü olaraq savaşa qatılıb. O, 2020-ci ildə noyabrın 6-sı Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.