top
Cəlilabadın sirli NEFT QUYUSU – Araşdırmalar niyə insanlardan gizli saxlanılıb? – VİDEO
30 oktyabr 2024, 01:34
- ↺ +

Cəlilabadın sirli NEFT QUYUSU – Araşdırmalar niyə insanlardan gizli saxlanılıb? – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən əsrin 50-ci illərində Cəlilabadın Ağdaş kəndində 100 metr radiusunda ərazini bürüyən neft fontanı bölgənin elmi surətdə araşdırılmasına səbəb oldu. Müxtəlif geoloq və neftçi heyətlərinin kəndə ayaq açması ilə hətta kənd yollarının abadlaşdırılmasına başlanılır. Yerli sakinlər isə neftin sayəsində buradakı həyatın dəyişəcəyini düşünürlər. Ərazidə hündür neft qülləsi inşa edilir, aparılan işlər gizli saxlanılır.

Hər kəs tezliklə Ağdaşın neft kəndi kimi tanınacağına inanır. Hətta kəndin gənc məzunlarının böyük bir qrupu təhsil istiqamətini dəyişərək, neft sahəsinə yönəlirlər.

2500 metr dərinliyində olması gözlənilən quyu isə 800 metrə çatanda qəfildən fontan vurur.

Hazırda bağlanmış quyulardan birinin üzərindəki beton örtükdə geoloq Koşmanın cızdığı qeydlər hələ də qalmaqdadır. Bu qeydlər ötən əsrin 50-ci illərinə aparır.

Kənd sakini İslam Vəliyev Bizim.Media-nın yerli bürosuna açıqlamasında deyir ki, burada geoloji kəşfiyyat işləri çərçivəsində 3 müxtəlif quyu qazılıb. Amma qazma işləri yekunlaşan ərəfədə bədbəxt hadisə baş verir və işlər dayandırılır.

Digər sakin Əli Nəhmədov isə buradan topladıqları mazutun kənd camaatı üçün çox faydalı olduğunu deyir:

“Hətta uzaq rayonlardan belə maldarlıqda istifadə üçün bu ərazidən neft aparılır. Neftdən həmçinin sümük-oynaq xəstəliklərinin müalicəsində istifadə edilir”.

Ağdaş kənd sakinlərinin ən böyük arzuları nə vaxtsa ərazidə neft sənayesinin yaranmasıdır.

Kənddə yaşayan sakinlərin qonaqlara göstərdikləri bu ərazi isə hazırda onların açıq səma altındakı kənd muzeyidir. Bu ərazi həm də neft tariximizin kiçik bir parçası kimi kəndlilər tərəfindən qorunub saxlanılır. Amma bu quyu ilə bağlı müəmma və həqiqətlərin hansı arxivlərdə yatdığını hələ də bilən yoxdur.

Ətraflı videoda:

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

Oxşar xəbərlər