Cəlilabad rayonunun Günəşli kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyul tarixində verir.
Belə ki, ümumi sahəsi 100 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 1,5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.