Cəlilabad rayonunun Bəcirəvan kəndində yanğın hadisəsi qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyul tarixində verir.
Belə ki, ümumi sahəsi 90 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 6,7 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.