Cəlilabadda icra başçısı yüksək balla ali təhsil müəssisələrinə qəbul olan məzunlar və bir sıra yarışlarda uğur qazanmış şagirdlərlə görüşüb.
Cenublu.az Cəlilabad Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, rayon rəhbəri Rafiq Cəlilov tələbə adını qazanan gəncləri təbrik edərək, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzulayıb.
Daha sonra qəbul imtahanlarında yüksək nəticələr göstərən bir neçə məzun, həmçinin yarışlarda uğur qazanmış şagirdlər fəxri fərmanlarla təltif ediliblər.