Cəlilabadda yanğın baş verən evdə xəsarət alan azyaşlı dünyasını dəyişib.
Apa.az xəbər verir ki, 3 gün əvvəl fərdi yaşayış evində yanğından xilas olunan 5 yaşlı Rüqəyya İsmayılova Bakı şəhərində xəstəxanada vəfat edib.
Yanğın baş verən zaman Rüqəyya evdə yatmış olub. Hadisə yerinə gələn FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları ilk olaraq 5 yaşlı uşağı xilas edərək aidiyyəti üzrə təhvil verib. Ağır vəziyyətdə olan uşaq təcili olaraq Bakı şəhərinə göndərilmişdi.