Cəlilabad rayonunun Uzuntəpə kəndində yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 avqust tarixində verir.
Ümumi sahəsi 60 kv.m olan talvarın yanar konustruksiyaları və altına yığılan 7 ton ot bağlamasının 3 tonu yanıb.
Ot bağlamalarının qalan hissəsi və bitişik tövlə yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.