Cəlilabad şəhərində talvarın yanar konstruksiyaları və altına yığılan ot bağlaması yanıb.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 36 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
Alov söndürülüb.