Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində "Ürəyi Xalqla, Vətənlə döyünən gənclər" mövzusunda tədbir baş tutub.
Cenublu.az Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir ki, görüşdə rayon gənclər və idman sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Cəlilabad Rayon şöbəsinin əməkdaşları, mərkəzin direktoru və bir qrup gənc olmaqla 20 nəfər iştirak edib.
Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tərəfindən təşkil edilib.