Cəlilabad rayonunun inzibati ərazisində yerləşən Göytəpə şəhər Kommunal Müəssisələr Kombinatının balansında olan tullantı poliqonunda tullantıların qalaqlanaraq yandırılması faktları aşkar edilib.
Cenublu.az xəbər verir ki, pozuntu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı müəyyənləşib.
Faktlarla bağlı Səbuhi Nəbiyev barəsində isə fiziki şəxs qismində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və inzibati məsuliyyətə cəlb edilib.