Cəlilabad rayonunun Göytəpə şəhərində “Təmiz ölkəm” devizi altında iməcilik keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 avqust tarixində verir.
Təmizlik aksiyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, yerli icra orqanları, bələdiyyələr, yerli kommunal müəssisə kombinatlarının nümayəndələri, könüllülər və sakinlər cəlb olunublar.