Cəlilabadda yanğın qeydə alınıb.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Üçtəpə kəndində ümumi sahəsi 88 kv.m olan talvarın yanar konstruksiyaları, altına yığılan 28 ton ot bağlamasının 8 tonu yanıb. Həmçinin bitişik ümumi sahəsi 127 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və damına yığılan 2 ton ot bağlaması da yanıb.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.