Cəlilabad rayonunda 6 sututarda təmir-bərpa işləri həyata keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 avqust tarixində Report.az-a istinadən verir.
İşlər Hamarqışlaq, Sarıqaya, Privolnoye, Uzuntəpə-1, Uzuntəpə-2 və Ocaqlı su anbarlarında aparılacaq. Burada məqsəd əkin sahələrinin su təminatının yaxşılaşdırılmasıdır.
Hazırda rayon ərazisində ümumi tutumu 28,5 milyon kubmetr olan 20 sututar mövcuddur.