Cəlilabad rayonunda ata və övladı su quyusunda boğulublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 tarixində Unikal.az-a istinadən verir.
Daha öncə Moranlı kəndində qadının su qoyusuna düşməsi barədə məlumat vermişdik. Hadisə yerinə cəlb olunan xilasedicilər 20 yaşlı Nəsibə Məmmədovanın və atası, 43 yaşlı Həsənağa Məmmədovun meyitlərini aşkarlanaraq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası da cəlb edilib.
Araşdırma aparılır.