Cəlilabadda şəhid Əmrah Hüseynli və Maarif Səfərovun məzarlarına baş çəkilib.
Cenublu.az Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir ki, Cəlilabad 2 saylı şəhər klubunun əməkdaşları şəhidlərin xatirəsini yad ediblər.
Mədəniyyət nümayəndələri şəhidlərin məzarları üzərinə gül dəstələri düzərək ruhlarına dualar oxuyublar.