Cəlilabad 2 saylı şəhər klubunun əməkdaşları şəhid Zeyniyev Rəşad Ələkbər oğlunun ailəsini və məzarını ziyarət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 avqust tarixində verir.
Ziyarət zamanı mədəniyyət nümayəndələri şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə maraqlanıblar. Sonra mədəniyyət nümayəndələri şəhidin ev-muzeyini ziyarət ediblər.
Yekunda şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.