top
Cəlilabadda qazi qız qaçırdığı üçün özünü yandıraraq intihara cəhd edib
10 iyul 2024, 00:35
- ↺ +

Cəlilabadda qazi qız qaçırdığı üçün özünü yandıraraq intihara cəhd edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 44 günlük Vətən müharibəsinin qazisi Elnur Əliyev Cəlilabad Rayon Məşğulluq Xidmətinin qarşısında özünü yandıraraq intihara cəhd edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyul tarixində Oxu.az-a istinadən verir.

Bildirilib ki, Elnur Əliyev ağır yanıq xəsarətləri ilə Bakı Şəhər 5 saylı klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Emil Habil oğlu Şəmmədov məsələ ilə bağlı bildirib ki, 1999-cu il təvəllüdlü Elnur Eynulla oğlu Əliyev Masallı rayonundan evlənmək məqsədilə qız qaçırıb:

"Qızın ailəsi buna razı olmayıb və anası evdə olmadığından məhkəmədə E.Əliyevə qarşı iddia qaldırıb. Anası iddia edib ki, qızının başını aldadaraq evdən aparıb. Qız yetkinlik yaşına çatıb, azyaşlı deyil. Qızın ailəsi məhkəmədə E.Əliyevdən 1000 manat bir və 10 min manat da ayrı təzminat tələb edir. Qız əvvəl razılıq versə də, məhkəmədə özü də şikayətçi olub.

Elnur Əliyev isə tutulacağını düşünərək təlaşlanıb. Elnur Əliyev Vətən müharibəsi iştirakçısıdır, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Onu həmin gün, iyulun 9-da mən qəbul etmişdim, onun təlaşlandığı məsələ ilə bağlı hüquqşünas yoldaşlarla danışdım. Yanında da dedilər ki, onun həbs olunması ilə bağlı məsələ ola bilməz. Sakitləşib getdi.

Amma üzərindən 10 dəqiqə keçmişdi, səhər saat 11:00 radələrində Cəlilabad Rayon Məşğulluq Xidmətinin qarşısında özünü yandıraraq intihara cəhd edib. Onun psixoloji durumu da bir qədər stabil deyil, həmişə ona həssaslıqla yanaşmışıq. Təəssüf ki, belə bir hadisə yaşandı. Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən ona dəfələrlə maddi yardım olunub. Yəni onun problemi məhkəmə ilə bağlı olub, tutulmaqdan qorxub".

Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, E.Əliyev aldığı yanıq xəsarətləri ilə Bakıya, 5 saylı şəhər klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib:

"Xəstəxanadan bildirilib ki, kürək nahiyəsində 25 faiz yanıq xəsarəti var. Vəziyyəti ağır deyil, bir neçə gün ərzində müalicəsini yekunlaşdırıb evinə qayıda bilər".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 09.07.2024 tarixində saat 14:55-də 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bildirilib ki, ona boyunun, gövdənin yan səthləri və hər iki yuxarı ətrafların III dərəcəli termiki yanığı diaqnozu təyin edilib:

"Hazırda vəziyyəti orta ağır qiymətləndirilir".

[caption id="attachment_62241" align="alignnone" width="336"]Qazi Foto Oxu.az[/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:51

Cəlilabadda məktəbin yanındakı transformator təhlükə yaradır

Bütün xəbərlər
Bu gün, 17:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 16:30

Zəfərə 6 gün qalmış şəhid olan igidimiz

İdman
Bu gün, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 15:11

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Bu gün, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Bu gün, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Bu gün, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Bu gün, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Bu gün, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Oxşar xəbərlər