Cəlilabadın kəndində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Cenublu.az-a verilən məlumata görə, 24 oktyabr 2024-cü il saat 01:15-də rayonun Qarazəncir kəndində “Qazel” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 3,6 ton ot bağlaması yanıb.
Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.