Cəlilabad şəhərində 38 yaşlı qadın canına qəsd edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 avqust tarixində Lent.az-a istinadən verir.
İntihar hadisəsi Hüseyn Cavid küçəsində baş verib. Şəhər sakini ailə üzvləri yatandan sonra yaşadığı evində elektrik naqili ilə özünü asıb.
Hadisənin səbəbləri hələki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.