Cəlilabadda oğurluq edən şəxsə hökm oxunub.
Qaynarinfo-nun verdiyi məlumata əsasən, hadisə rayonun Qarazəncir kəndində baş verib. 1998-ci il təvəllüdlü Elbrus kənddə fermer təsərrüfatı ilə məşğul olan Vəsimə Hüseynovanın evində fəhlə işləyib. O, evin həyətindəki kisələrdə "Pakistan" sortu hesab edilən noxudu görüb. Maddi imkanı zəif olduğu üçün 2000-ci il təvəllüdlü Məftun adlı tanışı ilə ümumi çəkisi 240 kiloqram, dəyəri 840 manat olan 4 kisə noxudu oğurlayıb.
Məhkəmənin qərarı ilə hər iki şəxs məsuliyyətə cəlb olunub. Elbrus 2 il 5 ay 26 gün, Məftun isə 2 il 2 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər.