Cəlilabad şəhərində abadlıq və iməcilik işləri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyul tarixində verir.
Belə ki, Mənzil İstismar Sahəsi tərəfindən balansında olan M.Hüseynzadə, 8 saylı yaşayış binasının ərazisində və yol kənarlarında olan ağaclar əhənglənib. Eyni zamanda H.Əliyev prospekti, 120, 122 və M.Hüseynzadə, 6 saylı yaşayış binalarının ərazisində olan ağac qalıqları və tullantılar oradan götürülərək təmizlənib.