Cəlilabadda “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirici tədbir təşkil edilib. Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) məlumat verib.
Tədbirlərdə ölkəmizdə vətəndaşların seçki hüquqlarının təmini vəziyyətinin Ombudsman tərəfindən daim diqqətdə saxlanıldığı, həmin hüquqların səmərəli təmini və müdafiəsi məqsədilə əhəmiyyətli fəaliyyətin həyata keçirildiyi, müvafiq sahədə silsilə hüquqi-maarifləndirmə tədbirlərinin təşkil olunduğu bildirilib, eləcə də Seçki Məcəlləsinin müddəaları diqqətə çatdırılıb.
Görüşdə, həmçinin mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Görüş İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb və Cənub regional mərkəzləri tərəfindən həyata keçirilib.