Cəlilabad rayon Mənzil İstismar Sahəsi tərəfindən iməcilik işləri aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyun tarixində verir.
Belə ki, O.Eynullayev küçəsi, 58 saylı yaşayış binasının sukanal xətlərində yaranan nasazlıq nəticəsində qrunt suları binanın zirzəmilərinə dolmuş və müəssisənin motor texnikası vasitəsilə suların bir qismi çəkilərək təmizlənib. Həmçinin Qurtuluş prospekti, 8 saylı (əlillər) binasının həyətində otbiçmə işləri həyata keçirilib.