Cəlilabad rayonunda evdə yanğın baş verib.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Həziabad kəndində qeydə alınıb. Ümumi sahəsi 196 kv.m (hər mərtəbəsi 98 kv.m) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.