top
Cəlilabadda dəhşət: Atasını döyəni 11 il sonra öldürdü
06 aprel 2025, 01:30
- +

Cəlilabadda dəhşət: Atasını döyəni 11 il sonra öldürdü

2023-cü ilin oktyabr ayında Cəlilabadda törədilən qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub. Qətl hadisəsinə görə 3 nəfər həbs edilib. Həbs edilən şəxslərdən biri hadisəni telefonla çəkibmiş.

Musavat.com xəbər verir ki, hadisə zamanı Əhmədli Xaqani Mirnizami oğlu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Qətl 11 il əvvəl baş verən hadisənin nəticəsində törədilib.

İlk olaraq hadisəni törədən Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Muradlı Böyükxan Elçin oğlu saxlanılıb. Araşdırmalar zamanı Böyükxanın hadisəni tək törətmədiyi, ona bu işdə iki nəfərin kömək etdiyi müəyyən edilib. Onlar Böyükxanın dostu Hüseyn və qohumu Rəşid olub. Onlara qarşı da qəsdən adamöldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə hadisənin baş verməsinə səbəb qətli törədən Böyükxanın atasının illər əvvəl döyülməsi olub. Belə ki, onun atası Elçin 2014-cü ildə Xəqani tərəfindən döyülüb. Qətlə yetirilən şəxsin 45 yaşı olub.

Atası döyülən zaman Böyükxanın 16 yaşı var idi. İstintaqla müəyyən edilib ki, Böyükxan Xəqanini qətlə yetirməyi illərdir düşünürmüş. Bu barədə dəfələrlə yaxınlarına da deyib. Hadisə günü Böyükxan Bakıda olub. Qətli törətmək məqsədi ilə Cəlilabada gedib. Böyükxan Xəqani aptekdən çıxan zaman ona bıçaq zərbələri endirib. Hadisə vaxtı Xəqaninin yanında Pərviz adlı tanışı olub. Böyükxanın yanında olan şəxslər Pərvizin avtomobildən düşməsinə imkan verməyiblər.

Böyükxan özünü təqsirli bilsə də tanışları Hüseyn və Rəşidin qətlin törədilməsində iştirakçı olmadıqlarını deyib.

İstintaq zamanı müəyyən edilib ki, Rəşid hadisə zamanı telefonla baş verənlərin bir hissəsini lentə alıb. Belə ki, onun telefonuna baxış zamanı 2 dəqiqəlik video aşkar edilib. Həmin görüntüdə onların aptekin qarşısında Xəqanini gözlədiyi, Xəqaninin Pərviz adlı tanışının avtomobildən düşmək istəyən zaman ona imkan verilməməsi də əks olunub.

Böyükxan qətli törədəndən sonra Bakıya qayıtmağı planlaşdırıb. O, yolda Rəşidgildən ayrılaraq başqa maşına minib. Qaradağ postunda isə fikrini dəyişərək Balakənə gedib. Bu zaman iz itirmək üçün yolda bir neçə maşın dəyişib, telefonlarını da söndürüb. Balakəndə qəbiristanlıqda bir neçə gün gecələdikdən sonra saxlanılıb.

Rəşid və Hüseynin saxlanılmasına səbəb olan əsas sübutlardan biri qeyd edilən görüntü olub. Hər iki şəxs özünü qətldə təqsirli bilmədiklərini deyiblər. Lakin istintaq orqanı onların Böyükxana kömək etdiklərini, əvvəlcədən qətlin törədiləcəyindən məlumatlı olduqları qənaətinə gəlinib.   

Araşdırma zamanı Böyükxanın hadisədən bir neçə gün əvvəl atasının doğum günündə “TikTok”da paylaşım etdiyi, atasına edilənlərin qisasını alacağı barədə anons verdiyi də müəyyən edilib.

Mərhumun atası Mirnizami məhkəmədə ifadə verən zaman oğlunu qətlə yetirən şəxslərdən şikayətçi olduğunu, onlara ağır cəza verilməsini istəyib. O, Böyükxanın atasının döyülməsi məsələsindən də danışıb: “Bu hadisə illər əvvəl olub. Cəbhə hadisələrinə görə baş vermişdi. Ondan sonra heç kim arasında düşmənçilik, ədavət yox idi”.

Məhkəmə təqsirləndirilən şəxsləri qeyd edilən cinayət əməlində təqsirli bilib. Böyükxan 10 il 6 ay, Rəşid 10 il 6 ay, Hüseyn isə 9 il 6 ay azadlıqdan məhrum ediliblər.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 18:17

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 17:41

Lənkəranda məktəb və bağça yolunu küçə itləri zəbt edib

İqtisadiyyat
19 sentyabr 2026, 17:00

Azərbaycanda ayaqqabı istehsalı artıb

İdman
19 sentyabr 2026, 16:15

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

Kriminal
19 sentyabr 2026, 15:30

Polis 40 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Kriminal
19 sentyabr 2026, 14:50

Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb

Bütün xəbərlər
19 sentyabr 2026, 14:10

İgid şəhidimizin doğum günüdür

Kriminal
19 sentyabr 2026, 13:34

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Bütün xəbərlər
19 sentyabr 2026, 13:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
19 sentyabr 2026, 12:12

Şəhid Famil Ağaşovun doğum günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 11:26

Bir sutkada qazanılan tarixi Zəfər

Kriminal
19 sentyabr 2026, 10:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub

Kriminal
19 sentyabr 2026, 10:05

Arvadı ilə söhbət edən qohumunu döydü

İqtisadiyyat
19 sentyabr 2026, 09:26

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

Bütün xəbərlər
19 sentyabr 2026, 00:01

Lokal antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 17:10

Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
18 sentyabr 2026, 16:30

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Bütün xəbərlər
18 sentyabr 2026, 15:55

Salyanda motosiklet piyadanı vuraraq öldürüb

Kriminal
18 sentyabr 2026, 15:20

Sabirabadda arvadını yumruqlayan kişi məhkəmədə peşman oldu

Bütün xəbərlər
18 sentyabr 2026, 14:30

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
18 sentyabr 2026, 13:40

Cəlilabadda yol kənarı zibil poliqonuna çevrilib - VİDEO

Bütün xəbərlər
18 sentyabr 2026, 12:50

Sabah hava necə olacaq?

Kriminal
18 sentyabr 2026, 12:10

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Oxşar xəbərlər