Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində profilaktik tədbirlər keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, keçirilən növbəti profilaktik tədbirlər nəticəsində 3 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.