30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (keçmiş Neft Akademiyası) qan donduran hadisə baş verib. Belə ki, Gürcüstan vətəndaşı Fərda Qədirov universitetin ikinci korpusuna daxil olub və qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb. Sonra isə özü də intihar edib.
Nəticədə, 1989-cu il təvəllüdlü Cəlilabad sakini Yusif Bəndəliyev daxil 12 nəfər qətlə yetirilib, 13 nəfər isə yaralanıb.
Hadisə zamanı qatilə hücum çəkən Yusif onu vurmaq istəsə də, aldığı güllədən yerindəcə keçinmişdi.
Allah rəhmət eləsin.