Cəlilabad rayonunda 90 yaşlı kişini əqrəb sancıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 avqust tarixində Report.az-a istinadən verir.
Hadisə Kövüzbulaq kəndində baş verib. Kənd sakini Camalxan Mahmudov əqrəb sancması ilə əlaqədar xəstəxanaya müraciət edib. O, Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
C.Mahmudova zəruri tibbi yardımlar göstərilib və o, ambulator müalicə üçün evə buraxılıb.