Cəlilabad RİH başçısının Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin (İƏDÜN) müavini vəzifəsinə yeni təyinat olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 avqust tarixində İqtisadiyyat.az-a istinadən verir.
RİH başçısı Rafiq Cəlilovun imzaladığı müvafiq əmrə əsasən, Cəlilabad şəhər İƏDÜN-nin müavini vəzifəsinə Elçin Hüseyn oğlu Hüseynov təyin olunub.
Elçin Hüseynov 1984-cü ilin yanvar ayının 24-də Cəlilabad şəhərində anadan olub. O, yeni təyinatadək Cəlilabad RİH-nin başçısının Zopun kənd İƏD üzrə nümayəndəliyinin müavini vəzifəsində çalışıb.