Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rafiq Cəlilov bu ilin noyabr ayında səyyar qəbullar keçirəcək.
Cenublu.az icra hakimiyyətinin mətbuat xidmətinə istinadən məlumat verir ki, qəbul noyabrın 6-ı saat 11:00-da Mikayıllı kəndi, Mikayıllı kənd tam orta məktəbin akt zalında, noyabrın 14-ü saat 11:00-da Soltankənd kəndi, Soltankənd kənd tam orta məktəbin akt zalında, noyabrın 19-u saat 11:00-da Ağdaş kəndi, "Neman" şadlıq sarayında və noyabrın 21-də saat 11:00-da Əliqasımlı kəndi, Əliqasımlı kənd tam orta məktəbin akt zalında baş tutacaq.