Cəlilabad rayonunun 5 kəndində məişət tullantılarının yığılması üçün "Təmiz kənd" adlı pilot layihə hazırlanıb.
"Report"un Muğan bürosunun məlumatına görə, layihə çərçivəsində Alar, Günəşli, Sabirabad, Qarazəncir və Ocaqlı kənd sakinlərinin məişət tullantıları yığılacaq.
Belə ki, həftədə 1 dəfə olmaqla (dövrü olaraq hər həftənin şənbə günləri) məişət tullantılarının yığılması üçün yük maşını və işçi heyəti təşkil olunacaq.
Həmçinin ehtiyac olduğu təqdirdə 1 gün də əlavə olaraq xidmət göstəriləcək.