top
Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür
08 iyul 2024, 02:19
- ↺ +

Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür

Bu gün, 8 iyul tarixində müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlunun anım günüdür.

Gülhüseyn Hüseynoğlu 16 oktyabr 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində dünyaya göz açıb. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə qəbul olub. 1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin 1948-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan gizli təşkilatın yaradıcılarından biri kimi ittiham edilərək, məhkəmə hökmü ilə 25 illik həbs cəzasına məhkum edilib. O, yalnız 8 il sonra, 1956-cı ildə tam bəraət qazanaraq Azərbaycan Dövlət Universitetinin aspiranturasına bərpa edilib.

Əmək fəaliyyətinə hələ tələbə ikən, 1942-ci ildə “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi olaraq başlayan Gülhüseyn Hüseynoğlu 1945-1947-ci illərdə “Ədəbiyyat qəzeti” redaksiyasında, 1947-1948-ci illərdə isə Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləyib. O, 1957-ci ildən etibarən taleyini Azərbaycan Dövlət Universiteti ilə bağlayıb, Filologiya fakültəsinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışaraq, ömrünün yarım əsrdən artıq dövrünü ölkəmizdə təhsilin inkişafına həsr edib.

O, 1944-cü ildən etibarən ədəbi yaradıcılığa başlayıb, 70 ilə yaxın müddət ərzində ədəbiyyatımızın inkişafı naminə çalışıb. Yaradıcılığa “Ana” adlı ilk hekayə və “Bənövşə əfsanəsi” adlı ilk mənsur şeirlə başlayan Gülhüseyn Hüseynoğlu 30-a yaxın kitabın müəllifidir.

Gülhüseyn Hüseynoğlunun eyni zamanda tədqiqatçı alim kimi Azərbaycan ədəbiyyatşünaslığı qarşısında özünəməxsus xidmətləri var. O, şəxsiyyətə pərəstişin ilk qurbanlarından olan Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər üçün ilk dərs vəsaitinin müəllifidir.

Mənsur şeiri bir janr kimi Azərbaycan ədəbiyyatına gətirən Gülhüseyn Hüseynoğlu olub. Onun mənsur şeirləri çoxdur. Onların içində şah əsəri olan “Mücrü” çox dillərə tərcümə olunub, haqqında film də çəkilib.

Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, o cümlədən 2005-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.

Gülhüseyn Hüseynoğlu 8 iyul 2013-cü ildə vəfat edib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:39

Neftçalada 22 yaşlı oğlanın meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda avtomobil qəzasında ölən hərbçi Biləsuvardan imiş

Siyasət
Dünən, 15:37

İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 15:19

Cenublu.аz işıqlandırdı, Cəlilabadda problem həllini tapdı

Bütün xəbərlər
Dünən, 14:46

Sabah hava necə olacaq? — PROQNOZ

Kriminal
Dünən, 14:13

Astarada qayınanasını dişləyən gəlinə cinayət işi açıldı

Kriminal
Dünən, 13:50

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Faydalı
Dünən, 12:54

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Cəmiyyət
Dünən, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Cəmiyyət
Dünən, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 10:12

Lənkəranda 30 yaşlı kişinin meyiti aşkarlanıb

Bütün xəbərlər
Dünən, 09:24

Biləsuvarlı şəhidin doğum günüdür

Bütün xəbərlər
24 sentyabr 2026, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Kriminal
24 sentyabr 2026, 17:00

Lerikli 10 uşaq atası tanışını baltaladı — MƏHKƏMƏ

Bütün xəbərlər
24 sentyabr 2026, 16:15

Külək güclənir - XƏBƏRDARLIQ

Kriminal
24 sentyabr 2026, 15:38

6 nəfər 132 kilo narkotiklə TUTULDU

Bütün xəbərlər
24 sentyabr 2026, 15:00

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Kriminal
24 sentyabr 2026, 14:10

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Faydalı
24 sentyabr 2026, 13:35

Cənubda qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
24 sentyabr 2026, 12:40

Sabah hava necə olacaq?

İqtisadiyyat
24 sentyabr 2026, 12:00

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Bütün xəbərlər
24 sentyabr 2026, 11:23

Xəzərdə zəlzələ olub

Kriminal
24 sentyabr 2026, 10:48

Etiraz edən arvadını vurdu: Cərimələndi

Bütün xəbərlər
24 sentyabr 2026, 09:29

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Oxşar xəbərlər