Bu gün, 9 iyul tarixində Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Bayram İlqar oğlu Babaşovun doğum günüdür.
Bayram Babaşov 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. O, 2009-2012-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb.
Vətən müharibəsi zamanı Murovdağ uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-də həlak olub.
Ailəli idi. 1 övladı yadigar qalıb.