Bu gün Lerikdən olan şəhid mayor Ramil Mərdan oğlu Ağayevin anım günüdür.
Cenublu.az xəbər verir ki, Ramil Ağayev 1984-cü ildə dekabrın 20-də Lerik şəhərində anadan olub.
Azərbaycan Ordusunun mayoru kimi 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Cəbrayılın və Füzulinin azadlığı uğrunda döyüşüb.
Mayor Ramil Ağayev oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Lerik şəhərində dəfn edilib.
Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.