Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Qüdrət Məmmədzadənin doğum günüdür.
Qüdrət Tofiq oğlu Məmmədzadə 2001-ci ildə sentyabrın 10-u Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub.
O, 2019-cu il oktyabrın 1-də hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 16-sı Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən atılan mərminin partlayışı nəticəsində şəhid olub. Lənkəranda dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.