top
Bu gün Azərbaycanda Milli Mətbuat günüdür
21 iyul 2024, 22:29
- ↺ +

Bu gün Azərbaycanda Milli Mətbuat günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

22 iyul 1875-ci ildə maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti ilə Azərbaycanda Milli Mətbuatın əsası qoyulub.

Azərbaycanın cənub bölgəsində ilk qəzet 1912-ci ildə Lənkəranda “Rıbnoye dole” adı ilə rus dilinadə çap edilib.

Cənub bölgəsinin 6 rayonunun ilk qəzetləri haqqında məlumatı təqdim edirik:


  1. Lənkəran rayonunun ilk qəzeti “Qızıl Talış” 21 yanvar 1931-ci ildə nəşr edilməyə başlayıb. Bu qəzetin birinci redaktoru Böyükağa Mirsalayev olub. Qəzet 5 dekabr 1931-ci ildən “Sıə Tolış” (talış dilindən tərcümədə “Qızıl Talış”), 23 fevral 1939-cu ildən “Sosialist subtropikası”, 16 iyun 1957-ci ildən “Leninçi”, 22 sentyabr 1990-cı ildən isə “Lənkəran” adı ilə buraxılır.

  2. Masallının ilk qəzeti “Yeni həyat” 31 may 1932-ci ildə çap edilib. Qəzet 1962-1965-ci illərdə indiki “Lənkəran” qəzetinə birləşdirilərək nəşr olunurdu. Bu qəzet sonralar “Çağırış”, “Yeni qəzet” adlandırılıb. 5 aprel 2002-ci ildən qəzet yenidən “Yeni həyat” adı ilə nəşr edilməyə başlayır.

  3. Astaranın ilk qəzeti “Ostoro kolxozçi” 1932-ci ildə nəşr edilib. “Ostoro kolxozçi” talış dilindən tərcümədə “Astara kolxozçusu” deməkdir. Bu qəzet bir müddət sonra “Kolxoz tribunası”, “Sovet Astarası” adları ilə fəaliyyət göstərib. Hazırda qəzet “Astara” adı ilə nəşr olunur.

  4. Cəlilabadın ilk qəzeti “Sosializm tarlaçısı” 1932-ci ildə çap edilib. Bu qəzet sonralar “Taxılçı”, 1990-cı ildən isə “Yeni gün” adlandırılır. Yardımlının ilk qəzeti “Vərgədüz kolxozçusu” 1936-cı ildə nəşr edilib. Qəzetin ilk redaktoru Təvəkkül Abbasov olub.

  5. Yardımlı rayonu 1930-1938-ci illərdə Vərgədüz adlandırıldığından qəzet həmin adı daşıyıb. Qəzet 1938-1990-cı illərdə “Yeni kənd”, 1990-cı ildən isə “Zirvə” adlandırılır. Əməkdar jurnalist Sahib Əliyev 32 il (1966-1998) qəzetin baş redaktoru kimi işləyib. Tarixçi İldırım Şükürzadənin məlumatına görə, hazırda qəzet fəaliyyətini dayandırıb.

  6. Lerikin ilk qəzeti “Zuvand kolxozçusu” 20 may 1937-ci ildə çap olunmağa başlayıb. Lerik rayonu 1930-1938-ci illərdə Zuvand adlandığına görə qəzet də həmin ad altında nəşr edilib. Qəzet 27 iyul 1937-ci ildən “Kolxoz yolu” adı ilə fəaliyyət göstərib. Həmin qəzet 1964-1965-ci illərdə indiki “Lənkəran” qəzeti ilə birləşdirilib. Daha sonra qəzet “Bolluq uğrunda”, hazırda isə “Lerik” adı altında çap olunur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:51

Cəlilabadda məktəbin yanındakı transformator təhlükə yaradır

Bütün xəbərlər
Bu gün, 17:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 16:30

Zəfərə 6 gün qalmış şəhid olan igidimiz

İdman
Bu gün, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 15:11

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Bu gün, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Bu gün, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Bu gün, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Bu gün, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Bu gün, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Oxşar xəbərlər