Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Cəmil Qurbanzadənin anım günüdür.
Cəmil Qurbanzadə 2003-cü ildə aprelin 27-si Astara şəhərində anadan olub. Astara şəhər 2 saylı tam orta məktəbi bitirdikdən sonra 2020-ci ildə Azərbaycan Dövlət İdman Akademiyasının qiyabi şöbəsinə daxil olub. 2021-ci ilin aprel ayında hərbi xidmətə yola düşüb.
13 sentyabr 2022-ci ildə Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşma zamanı şəhid olub. Onun nəşi 16 sentyabr 2022-ci ildə doğulub boya-başa çatdığı Astara şəhərinə gətirilib və böyük izdihamla şəhər qəbiristanlığında dəfn edilib.
Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.