Bu gün Birinci Qarabağ Müharibəsi şəhidi İbrahimov Azad Səhhətulla oğlunun doğum günüdür.
Azad İbrahimov 1974-cü ildə sentyabrın 18-i Astara rayonunun Şüvi kəndində anadan olub.
1992-ci il sentyabrın 25-də ordu sıralarına yollanıb. Iki ay Hacıqabulda hərbi təlim keçib. Daha sonra isə döyüş bölgəsinə göndərilib. Azadın əsas döyüşdüyü yer Ağdərə bölgəsi olub. Son döyüşü 1993-cü ildə sentyabrın 9-u Sirxavənddə olub.
Allah rəhmət eləsin!