top
Bu gün 70-ə yaxın erməni əsgərini məhv edən Tural Əhədovun anım günüdür
11 oktyabr 2024, 23:11
- ↺ +

Bu gün 70-ə yaxın erməni əsgərini məhv edən Tural Əhədovun anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Lerikdən olan Xüsusi Təyinatlı qüvvələrin zabiti, baş leytenant, Vətən müharibəsi şəhidi Tural Əhədovun dünyaya gəldiyi gündür.

Tural Rahil oğlu Əhədov 1993-cü ildə oktyabrın 12-si Lerik rayonunun Çökərə kəndində anadan olub. 2001-ci ildə Lerik rayon Lələhiran kənd orta məktəbin 1-ci sinfinə daxil olub. 2009-cu ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2012-ci ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2016-cı ildə leytenant rütbəsi alaraq məktəbi tankçı kimi bitirib.

2018-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunda oxuyan Tural kursu müvəffəqiyyətlə başa vurduqdan sonra 052-nin "N" saylı hərbi hissəsində qrup komandirinin müavini vəzifəsində xidmət etməyə başlayıb. 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Kəşfiyyatçı Artilleriya Korrektəedici" ixtisası kursunu fərqlənmə ilə bitirib. Həmin il leytenant Əhədov baş leytenant rütbəsinə yüksəlib. 30 aprel 2020-ci ildə 052 nömrəli hərbi hissənin yaranmasının 21-ci ildönümünün qeyd edilməsi münasibəti ilə nizam-intizamı ilə seçildiyinə görə baş-leytenant Əhədov Tural Rahil oğlu general-leytenant Hikmət Mirzəyev tərəfindən "Fəxri Fərman"la təltif olunub. Bundan başqa Tural nümunəvi xidmətinə görə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib.

2020-ci il sentyabr ayının 27-dən başlayan Vətən müharibəsinə Tural Əhədov qrup komandirinin müavini, sonra isə qrup komandiri kimi qatılıb, torpaqlarımızın düşmən əsarətindən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonunun Ağoğlan qəsəbəsi, Aygestan, Vəng, Tak, Tuğ, Mamedzor, Ata-qut, Temrakuç kəndlərinin və Şuşa şəhərinin işğaldan azad olunmasında xüsusi rəşadət, şücaət və qəhrəmanlıqlar göstərərək düşmənə sarsıdıcı zərbələr endirib, çoxlu sayda canlı qüvvəsini məhv edib. Döyüş zamanı baş leytenant iki döyüş yoldaşı ilə birgə düşmən tərəfindən mühasirəyə alınıb. Bu zaman Tural düşmənə sinə gərərək 70-ə yaxın canlı qüvvəsini məhv edib. Adını göstərdiyi şücaətlərlə tarixə yazan baş leytenant Tural Əhədov 2020-ci ildə noyabrın 8-i Şuşa istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi Çökərə kəndinə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ölümdən sonra “Vətən Uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Bu gün, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Bu gün, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Oxşar xəbərlər