Bu gün Lerikdən olan Vətən müharibəsi şəhidi Orxan Dənziyevin xatirəsi yad edilir.
Cenublu.az-ın məlumatına görə, Orxan Mübariz oğlu Dənziyev 2002-ci il iyulun 18-i Laman kəndində anadan olub.
2020-ci ildə başlanan Vətən müharibəsi zamanı 18 yaşlı igid qəhrəmancasına savaşaraq, Ağdərə-Tərtər istiqamətində erməni qüvvələrinə ağır itkilər yaşadıb.
O.Danziyev 2020-ci il oktyabrın 15-də şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.