Bu gün astaralı şəhid Fərman Əlyarovun anım günüdür.
Birinci Qarabağ müharibəsi şəhidi Fərman Nizaməli oğlu Əlyarov 1968-ci ildə iyunun 8-i Astara şəhərində anadan olub. O, Goranboy, Ağdam, Ağdərə rayonlarının kəndlərinin azad olunmasında iştirak edib. Əsas döyüş istiqaməti Füzuli bölgəsi olub.
1994-cü ildə aprelin 7-si Fərman düşmən gülləsinə tuş gəlib. Şəhidin oxuduğu Astara şəhər 6 saylı tam orta məktəbə onun adı verilib.