Lənkəranda yerləşən məktəbdə istilik problemi yaşanır.
Cenublu.az-a valideynlərdən daxil olan şikayətə görə, bir aydır ki, məktəbə istilik verilmir.
Bildirilib ki, Lənkəran rayonu M.Həmzəyev adına Səpnəkəran kənd tam orta məktəbində istiliyin verilməməsi şagirdlərin dərslərdən qalmalarına səbəb olur.
Valideynlər aidiyyəti qurumlardan problemin qısa zamanda aradan qaldırılmasını tələb edirlər.