top
Biləsuvarlı qayınana kürəkənini BEL SAPI İLƏ DÖYDÜ
28 fevral 2025, 06:50
- ↺ +

Biləsuvarlı qayınana kürəkənini BEL SAPI İLƏ DÖYDÜ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kürdəmirdə kürəkənlə qayınana arasında dava olub.

İnsanoid.com-un verdiyi məlumata görə, hadisənin istintaqı Kürdəmir Rayon Məhkəməsində aparılıb.

Belə ki, təqsirləndirilən Zeynəb Səfərova (ad şərtidir) 1969-cu ildə Biləsuvar rayonunda anadan olub. Ötən ilin sentyabrında aralarında yaranmış münaqişə zamanı kürəkəni Sabir Əliyevi (ad şərtidir) dəmir parçası və bel sapı ilə döyüb. Münaqişəyə səbəb kürəkəninin gəlib arvadını evinə aparmaması olub.

Nəticədə Zeynəb Səfərova CM-nin 128-ci (qəsdən sağlamlığa zərbə vurma) maddəsi ilə təqsirləndirilib.

Təqsirləndirilən Zeynəb Səfərova məhkəmə iclasında verdiyi ifadədə özünü təqsirli bilmədiyini deyib:

“Sentyabrın 8-i qızım Aygün kürəkənim Sabirlə bizim evə qonaq gəldi. Sabir həmin gün öz evlərinə qayıtsa da, qızım bizdə qaldı. Qızım bir neçə gün bizdə qaldıqdan sonra onu öz evinə apardım. Qapıdan içəri girəndə Aygün ərindən “nəyə görə gəlib onu aparmadığını” soruşdu. Bu vaxt Sabirin anası bizi söyərək üstümüzə hücum etdi. Əlindəki çanta ilə Aygünün üzünə zərbə endirdikdən sonra oğlu ilə birləşib bizi döydülər.

Qudam Sevda turşu bankası ilə qızımın başına vurdu. Oğlu qırıq şüşələrlə Aygünün qolunu kəsdi. Mənim haqqımda deyilənlərin hamısı şər, böhtandır. Mən Sabiri döyməmişəm”.

Daha sonra məhkəmədə zərərçəkmiş Sabir Əliyev ifadə verib:

“Aygünlə telefon vasitəsi ilə tanış olub, evlənmişik. Sentyabrın 8-i Biləsuvar şəhərində yaşayan qayınanamgilə qonaq getdik. Axşam mən evə qayıtsam da, həyat yoldaşım anasıgildə qaldı. Bir neçə gün sonra Aygün anası Zeynəblə Kürdəmirdəki evimizə gəldi. Onlar evə girən kimi arvadım sinəmdən itələyib, onu evə aparmaq üçün niyə gəlmədiyimi soruşdu. Daha sonra içəri daxil olub evin şüşələrini əli ilə vuraraq sındırdı. Anası Zeynəb də mənim anamı söyməyə başladı. Aygün anamın üstünə cumaraq boğazından tutub, yerə yıxdı. Qayınanam da turşu bankasını götürüb öz başına vurdu. Ardınca bankanın qırılmış şüşələrini götürüb anamı vurmaq istədi.

Anam kömək üçün çölə qaçarkən Zeynəb xala dəmir parçasını götürüb başıma bir dəfə vurdu. Daha sonra da bel sapı ilə döyməyə başladı”.

Hər iki tərəfin ifadəsindən sonra Zeynəb Səfərova təqsirli bilinib. Məhkəmənin qərarı ilə o, 6 ay müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

İdman
Bu gün, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Bu gün, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Bu gün, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Bu gün, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Bu gün, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Bu gün, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Bu gün, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Bu gün, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Bu gün, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Oxşar xəbərlər