top
Biləsuvarda dava qanla bitdi: Söyüş üstündə bıçaqlandı
27 mart 2025, 08:09
- +

Biləsuvarda dava qanla bitdi: Söyüş üstündə bıçaqlandı

Biləsuvar rayonunda 2007-ci il təvəllüdlü Ruslan söyüş üstündə yaranan mübahisə zamanı tanışı Nurlana xəsarət yetirib.

Demokrat.az xəbər verir ki, hadisə 28 avqust 2024-cü ildə Biləsuvar rayonunun Bağbanlar kəndində baş verib.

Kənd sakini Ruslan yaşadığı küçədə qonşusu, 2006-cı il təvəllüdlü Nurlanın onun haqqında xoşagəlməz sözlər deməsini bəhanə edib və iradını bildirərkən aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla Nurlana zərbələr vurub.

Hadisəni törədən Ruslanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, avqustun 28-də, axşam saatlarında Biləsuvar rayonunun Bağbanlar kəndində yaşadığı evin yaxınlığında tanışı Samir Həsənovla dayanacaqda söhbət edib:

“Bu zaman Samir tanışlarımız Nurlana zəng edib və Nurlanın satmaq istədiyi mobil telefona baxmaq üçün görüşmək istədiyini deməyimi xahiş etdi. Mən də “Whatsapp” mobil tətbiqi vasitəsilə Nurlana həmin məzmunda ismarıc yazdım. Nurlan da bizə yaşadığı evin yaxınlığına gəlməyi bildirdi. Bundan sonra Samirlə birlikdə Nurlanın ailəsi ilə birlikdə yaşadığı evə gələrək məhəllədə onunla görüşdük.

Görüşərkən Nurlan ünvanıma nalayiq ifadə işlədərək “sən kimsən ki, məni ayağına çağırırsan?” dedi. Nurlanın satmaq istədiyi mobil telefon Samirin xoşuna gəlmədiyindən həmin telefonu almaq fikrindən daşındı. Bundan sonra Nurlana bir qədər kənara çəkilərək söhbət etməyi təklif etdim. Biz Samirdən təxminən 10-15 metr aralanaraq söhbət etməyə başladıq. Söhbət zamanı Nurlana az öncə görüşən zaman işlətdiyi nalayiq ifadəyə, eləcə də barəmdə ayrı-ayrı şəxslərin yanında işlətdiyi nalayiq ifadələrə görə irad bildirdim. Bu cür davranışlara son qoymağı tələb etdim. Nurlan isə heç kəsin yanında haqqımda nalayiq ifadə işlətmədiyini, onu bu sözləri deyən şəxslərlə üzləşdirməyimi bildirdi. Bizim aramızda sözlü mübahisə davam etdi. Mübahisə zamanı Samir təkrarən ünvanıma nalayiq, təhqiramiz ifadələr işlətdi. Bu zaman üzərimdə olan mətbəx bıçağı ilə Samirə xəsarət yetirərək oradan uzaqlaşdım. Oradan uzaqlaşarkən Samirə xəsarət yetirdiyim bıçağı yolun kənarına atdım”.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, əvvəllər də Nurlanın onun ünvanına atmacalı ifadələr işlətməsi ilə bağlı aralarında sözlü mübahisələri olsa da, heç vaxt dava etməyiblər:

“Hadisədən təxminən 10-15 gün əvvəl həmkəndlilərim Samir və Şahlar Nurlanın barəmdə xoşagəlməz ifadələr işlətməsi ilə bağlı məlumat verdilər. Hadisə günü, yəni, avqustun 28-də evdən mətbəx bıçağı götürərək bostana getdim. Bıçağı bostanda qarpız kəsib yemək üçün özüm ilə götürmüşdüm. Bostandan qayıdarkən bıçağı üzərimdə saxladım.

Evin yaxınlığında Samirlə rastlaşdım. Bundan sonra Samirin təklifi ilə Nurlangilin məhəlləsinə getdim. Nurlana xəsarət yetirmək niyyətim olmayıb. Həmin vaxt Nurlan məni iki dəfə, həm görüşərkən, həm də aramızdakı sözlü mübahisə zamanı təhqir etdiyindən üzərimdəki bıçaqla ona xəsarət yetirmişəm. Nurlana bıçaqla iki dəfə zərbə vurmuşam. Samirin üzərimdə bıçaq olması barədə ümumiyyətlə məlumatı olmayıb. Hazırda törətdiyim əməldən peşmanam. Nurlanla barışmışam, ailə üzvlərim tərəfindən ona vurulmuş zərər aradan qaldırılıb”.

İş üzrə zərərçəkmiş Nurlanın sözlərinə görə, avqustun 28-də, saat 20-21 radələrində əkin sahəsindən evə gəlib:

“Evdə olarkən Ruslan “WhatsApp” mobil tətbiqi vasitəsi ilə ismarıc yazaraq həmkəndlimiz və qonşumuz olan Samirin mənə məxsus mobil telefonu almaq istədiyini və bu səbəbdən çölə çıxmağımı bildirdi. Mən isə həmin vaxt iş gördüyüm üçün çölə çıxa bilməyəcəyimi bildirdim. Ruslan inadla məndən çölə çıxmağımı istədi. Bundan sonra yaşadığım evdən məhəlləyə çıxdım. Samir telefon barədə danışdı, lakin razılığa gələ bilmədik.

Daha sonra Ruslan mənə sözü olduğunu deyərək söhbət etmək üçün kənara çəkilməyi təklif etdi. Biz Samirdən təxminən 10-15 metr aralanaraq söhbət etməyə başladıq. Söhbət əsnasında Ruslan mənə Biləsuvar rayonunda yaşayan başqa şəxsin yanında mənim barəmdə nalayiq sözlər dediyini bildirdi. Mən isə Ruslana həmin adama zəng edərək mənimlə üzləşərək hansı sözü onun yanında dediyimi aydınlaşdırmağa hazır olduğumu bildirdim. Hazırda işimin olduğunu və əgər yenə də bu məsələyə aydınlıq gətirmək istəyərsə, mənə zəng edə biləcəyini deyərək Ruslanın yanından uzaqlaşmaq istədim. Bu zaman Ruslan belindən bıçağı çıxararaq qəfildən qarın nahiyəmə zərbə vurdu. İkinci dəfə zərbə endirmək istəyəndə isə mən sol əlim ilə Ruslana mane olmağa çalışdım. Bu vaxt bıçaq mənim sağ sinə nahiyəmə xəsarət yetirdi. Bundan sonra Ruslan hadisə yerindən uzaqlaşdı. Məni isə atam xəstəxanaya apardı”.

Nurlan bildirib ki, əvvəllər Ruslanla aralarında heç bir mübahisə, ədavət olmayıb, hadisədən təxminən 10-15 gün əvvəl Ruslanın davakar olması ilə bağlı aralarında inciklik olub:

“Ruslan və Samirlə görüşərkən Ruslanın ünvanıma nalayiq ifadə işlətməyib. Sadəcə olaraq ona məndən yaşca böyük olduğumu, nə vaxtdan yaşca kiçiklərin yaşca böyükləri ayağına çağırması ilə bağlı iradımı bildirmişəm.

Daha sonra təklikdə söhbət edərkən də Ruslanın ünvanıma hər hansı nalayiq, təhqiramiz ifadə işlətməyib. Ruslan mənə bıçaqla xəsarət yetirdikdən sonra həmkəndlimiz Sakit Mehdiyev bizi görüb, bizi dava etməyimizə görə tənbeh edib”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Ruslanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:00

DİM inzibati vəzifələrin BB qrupu üzrə imtahan təşkil edəcək

Bütün xəbərlər
Bu gün, 12:26

Bu il 900-dən çox uşağa ananın soyadı verilib – RƏSMİ

Cəmiyyət
Bu gün, 11:58

Azərbaycanda narkomaniyadan əziyyət çəkənlərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 11:27

Lənkəranda 4 gündür axtarılan şəxsin meyiti kanalda tapıldı

Cəmiyyət
Bu gün, 10:55

Lənkəranda ev külə döndü

Kriminal
Bu gün, 10:22

Cinayətdə şübhəli bilinən 56 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 09:50

Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib

Bütün xəbərlər
Bu gün, 09:18

İmişlili şəhidin oğlu vəfat etdi

Bütün xəbərlər
Dünən, 17:48

Toydan əvvəl ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri

Bütün xəbərlər
Dünən, 16:35

Kür çayı kömək gözləyir – Sahillər zibil içindədir

Bütün xəbərlər
Dünən, 16:00

Şəxsiyyət vəsiqəsini skan et, biletini al

Cəmiyyət
Dünən, 15:15

Lənkəranda 11 otaqlı yaşayış evində yanğın olub

İqtisadiyyat
Dünən, 14:39

1300-dən çox işləyən şəxsin pensiyası yenidən hesablanaraq artırılıb

Cəmiyyət
Dünən, 14:08

Lerikdə faciə: 59 yaşlı kişi pəncərədən yıxılaraq öldü

Bütün xəbərlər
Dünən, 13:34

9 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

Bütün xəbərlər
Dünən, 13:05

Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? – AYNA-dan AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 12:40

Astarada Əlişa qalasında qədim memarlıq elementləri aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:05

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 11:33

Magistraturada boş qalan yerlərə müsabiqə keçiriləcək - DİM sədri

Bütün xəbərlər
Dünən, 11:00

Lənkəranda təhlükəli yol qovşağı: Sakinlər işıqfor tələb edir

Cəmiyyət
Dünən, 10:27

Lənkəranda bitməyən işıq problemi

Kriminal
Dünən, 09:55

Azyaşlı qızla evlilik həbslə bitdi

Bütün xəbərlər
Dünən, 09:18

Masallılı məzun qəbul imtahanında maksimum nəticə topladı

Cəmiyyət
29 iyul 2026, 17:54

Lənkəranda təmizlənən ərazi yenidən zibilxanaya çevrildi

Oxşar xəbərlər