Biləsuvar rayonunun Bəydili kəndində şəhid Aydın Quliyevin adını daşıyan küçə təmirsiz vəziyyətdədir.
Cenublu.az xəbər verir ki, küçənin bərbad vəziyyəti sakinlərin gündəlik həyatında çətinliklər törədir.
“Küçədə yaşayan müharibə iştirakçıları, müharibə əlili və bütün sakinlər adından xahiş edirik ki, küçəmizin bu halına əncam çəkilsin”, - deyə sakinlər bildirib.